- Transfer
- 23:58 07.07.2026
"Benfika" Polşa millisinin yarımmüdafiəçisi Yakub Kaminskinin transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu Portuqaliya klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
Məlumata görə, "Benfika" oyunçunun keçidi üçün Almaniyanın "Köln" klubuna 17 milyon avro ödəyib. Bununla yanaşı, Almaniya təmsilçisi futbolçunun gələcək satışından əldə olunacaq gəlirin 10 faizinə sahib olacaq. Əgər Kaminskinin keçidi 2026-cı ilin yayında baş tutsa, "Köln"ün payı 25 faizə yüksələcək.
Qeyd edək ki, futbolçunun müqaviləsində 60 milyon avro məbləğində sərbəst qalma bəndi yer alıb.
Yakub Kaminski artıq Marku Silvanın rəhbərliyi altında məşqlərə başlayıb. Azarkeşlərin yeni transferi ilk dəfə şənbə günü keçiriləcək "Flamenqo" ilə yoldaşlıq görüşündə "Benfika"nın heyətində görə biləcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl Kaminski ilə İngiltərənin "Brayton" və Almaniyanın "Leyptsiq" klubları da maraqlanıb.