8 iyul 2026. Çərşənbə

"Fulhem"in yeni baş məşqçisi açıqlandı


  • Transfer
  • 07:54 08.07.2026
  • Oxunma sayı: 37
"Fulhem"in yeni baş məşqçisi açıqlandı

İngiltərənin "Fulhem" klubu baş məşqçi postuna Alvaro Arbeloanı təyin edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı ispan mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan üçillik müqavilə imzalanıb.

Klubun açıqlamasında qeyd olunub ki, zəngin futbolçu karyerasından sonra məşqçiliyə başlayan Arbeloa ilk addımlarını Madrid "Real"ının aşağı yaş qruplarında atıb. O, ötən mövsüm isə İspaniya nəhənginin əsas komandasında çalışıb.

Qeyd edək ki, "Fulhem" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 38 oyundan topladığı 54 xalla 11-ci pillədə başa vurub.







Transfer