- Transfer
- 22:21 08.07.2026
"Beşiktaş" yay transfer dönəmində növbəti keçidini reallaşdırıb.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Salih Özcanın transferini rəsmən açıqlayıb.
28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün axşam saatlarında İstanbula yollanacaq.
Qeyd edək ki, Salih Özcan son olaraq Almaniyanın Dortmund "Borussiya"sının formasını geyinib.