- Transfer
- 22:21 08.07.2026
"Beşiktaş" qapıçı Doğan Alemdarın transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı qapıçı ilə dörd illik müqavilə imzalayıb. Razılaşmaya əsasən, futbolçu 2029/2030 mövsümünün sonunadək "Beşiktaş"ın formasını geyinəcək.
Doğan Alemdarın yekun transferi ilə bağlı "Başakşəhər"lə razılıq əldə olunub.
Qeyd edək ki, Doğan Alemdar peşəkar karyerasına "Kayserispor"da başlayıb. O, 2021-ci ildə Fransanın "Renn" klubuna transfer olunub, daha sonra icarə əsasında "Trua"da çıxış edib. Ötən mövsümün əvvəlində isə "Başakşehir"in heyətinə qoşulub.
Gənc qapıçı ötən mövsüm Türkiyə Kubokunda üç oyunda meydana çıxıb.