8 iyul 2026. Çərşənbə

"Beşiktaş" "Bavariya"nın qapıçısını transfer etdi


  • Transfer
  • 21:46 08.07.2026
  • Oxunma sayı: 38
"Beşiktaş" "Bavariya"nın qapıçısını transfer etdi

"Beşiktaş" qapıçı Aleksander Nübelin transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Bavariya" klubundan transfer olunan qapıçı ilə üç illik müqavilə imzalayıb. Razılaşmaya əsasən, futbolçu 2028/2029 mövsümünün sonunadək "Beşiktaş"ın formasını geyinəcək.

Klubun yaydığı açıqlamada bildirilib ki, Aleksander Nübelin yekun transferi ilə bağlı "Bavariya" ilə razılıq əldə olunub.

"Klubumuza mühüm xidmətlər göstərəcəyinə inandığımız Aleksander Nübelə şanlı formamızla uğurlar arzulayır, bu məlumatı ictimaiyyətin diqqətinə çatdırırıq", – deyə "Beşiktaş"ın bəyanatında qeyd olunub.







Transfer