- Transfer
- 23:28 08.07.2026
"Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Quimareş karyerasını "Arsenal"da davam etdirmək istədiyini klub rəhbərliyinə bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist David Ornşteyn məlumat yayıb.
Məlumata görə, bundan sonra "Arsenal" futbolçunun transferi ilə bağlı danışıqları sürətləndirməyi planlaşdırır. London təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün təxminən 70 milyon avro təklif etməyə hazırdır.
Bildirilir ki, futbolçunun şəxsi müqavilə şərtlərinin razılaşdırılması problem yaratmasa da, "Nyukasl" əsas oyunçularından birini buraxmaq niyyətində deyil.
Qeyd edək ki, Bruno Gimarayes son dörd mövsümdür "Nyukasl"ın formasını geyinir. Braziliyalı yarımmüdafiəçi daha əvvəl "Audaks", "Atletiko Paranaense" və "Lion" klublarında çıxış edib.