8 iyul 2026. Çərşənbə

Kamavinqa "Çelsi"nin təklifini rədd etdi


  • Transfer
  • 22:21 08.07.2026
  • Oxunma sayı: 39
Kamavinqa "Çelsi"nin təklifini rədd etdi

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçunun transferi ilə bağlı "Çelsi"dən rəsmi təklif alıb.

Məlumata görə, "Real Madrid" London klubunun təklifini qəbul etsə də, Eduardo Kamavinqa bu yay komandasını dəyişmək istəmədiyi üçün keçidə razılıq verməyib.

Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildə Fransanın "Renn" klubundan 31 milyon avro qarşılığında "Real Madrid"ə transfer olunub.

25 yaşlı yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Real Madrid"lə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.







Transfer