8 iyul 2026. Çərşənbə

"Milan" Can Uzunun transferində maraqlıdır


  • Transfer
  • 22:32 08.07.2026
  • Oxunma sayı: 47
"Milan" Can Uzunun transferində maraqlıdır

"Ayntraxt"ın yarımmüdafiəçisi Can Uzun karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində "Milan" maraqlıdır.

Məlumata görə, Almaniya təmsilçisi yarımmüdafiəçisinin transferi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır. "Ayntraxt" Can Uzunu 45 milyon avro qarşılığında satmağa razıdır.

Qeyd edək ki, Can Uzun 2024-cü ildə 11 milyon avro müqabilində "Nürnberq"dən "Ayntraxt"a transfer olunub. Onun Almaniya klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla 28 oyunda meydana çıxıb, 10 qol vurub və altı məhsuldar ötürmə verib. Futbolçunun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.







Transfer