8 iyul 2026. Çərşənbə

"Tottenhem" Radu Draquşini "Fiorentina"ya göndərdi


  • Transfer
  • 22:41 08.07.2026
  • Oxunma sayı: 42
"Tottenhem" Radu Draquşini "Fiorentina"ya göndərdi

"Tottenhem" müdafiəçisi Radu Draquşini icarə əsasında "Fiorentina"ya göndərib.

90deqiqe.Az xəbər verir ki, rumıniyalı futbolçu qarşıdakı mövsüm İtaliya təmsilçisinin heyətində satınalma öhdəliyi ilə icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Radu Draquşin iki il yarım "Tottenhem"in formasını geyinib. O, ötən il London klubu ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi bütün turnirlərdə ümumilikdə 48 oyunda meydana çıxıb.

Rumıniya millisinin əsas heyət üzvlərindən olan Draquşin indiyədək yığmanın heyətində 30 oyun keçirib.

Xatırladaq ki, "Fiorentina" ötən mövsüm İtaliya çempionatını 14-cü pillədə başa vuraraq yüksək liqadakı yerini qoruyub. Florensiya təmsilçisi mövsümü 42 xalla tamamlayıb.







Transfer