- Transfer
- 23:42 08.07.2026
"Milan" klubu komandanın cinah hücumçusu Kristian Pulişiç ilə bağlı qərarını verib.
90deqiqe.Az xəbər verir ki, "rossenerilər"in yeni baş məşqçisi Ruben Amorim amerikalı oyunçunun heyətdə saxlamaq istədiyini bildirib.
"Pulişiç komandamız üçün vacib futbolçudur. Mən ona inanıram və onun komandada qalmasını istəyirəm"
Daha əvvəl ABŞ millisinin futbolçusuna İngiltərə Premyer Liqası klublarının maraq göstərdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Kristian Pulişiç 2023-cü ildə 20 milyon avro qarşılığında "Çelsi"dən "Milan"a transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
ABŞ millisinin üzvü 2025/2026 mövsümündə bütün turnirlərdə "Milan"ın heyətində 34 oyuna çıxıb, 10 qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.