- Transfer
- 23:59 08.07.2026
"Real Madrid"də Vinisius Juniorun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
90deqiqe.Az-ın “ElNacional.cat”a istinadən məlumatına görə, Madrid klubu braziliyalı cinah hücumçusunun yeni müqavilə ilə bağlı qərar verməsi üçün son tarix müəyyənləşdirib.
Məlumata görə, "Real Madrid" Vinisiusla yeni müqavilə məsələsini avqust ayına qədər yekunlaşdırmaq niyyətindədir. Tərəflər arasında razılıq əldə olunmasa, klub futbolçunu transferə çıxarmağı nəzərdən keçirəcək.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə 45 milyon avro qarşılığında "Flamenqo"dan "Real Madrid"ə transfer olunub. Onun İspaniya təmsilçisi ilə qüvvədə olan müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dəkdir.
Braziliyalı futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.