- Transfer
- 23:59 08.07.2026
"Çelsi" Portuqaliyanın "Sportinq" klubunun gənc hücumçusu Jeovani Kendanın transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 19 yaşlı futbolçu ilə səkkizillik müqavilə imzalayıb. Keçidin dəyərinin 50 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, Jeovani Kenda futbol təhsilinə əvvəlcə "Benfika"nın akademiyasında başlayıb. O, 2017-2019-cu illərdə burada çıxış etdikdən sonra "Sportinq"in akademiyasına keçib.
Gənc hücumçu 2024-cü ildə "Sportinq"in əsas komandasında debüt edib və bu müddət ərzində Lissabon klubunun heyətində 50-dən çox oyuna çıxıb.
Jeovani Kenda hələlik Portuqaliya millisinin əsas heyətinə dəvət almasa da, ölkəsinin 17 və 21 yaşadək yığmalarında onlarla oyun keçirib.
Xatırladaq ki, yeni mövsümdən etibarən "Çelsi"nin baş məşqçisi vəzifəsini Xabi Alonso icra edəcək.