9 iyul 2026. Cümə axşamı

Harri Uilson azad agent kimi "Lids"ə qoşuldu


  • Transfer
  • 22:57 08.07.2026
  • Oxunma sayı: 46
Harri Uilson azad agent kimi "Lids"ə qoşuldu

Harri Uilson "Fulhem"dən ayrılaraq "Lids"ə keçib.

90deqiqe.Az xəbər verir ki, Uels millisinin futbolçusu yeni klubuna azad agent kimi qoşulub və "Lids"lə dördillik müqavilə imzalayıb.

Qeyd edək ki, Harri Uilson ötən mövsüm "Fulhem"in ən məhsuldar oyunçularından biri olub. O, İngiltərə Premyer Liqasında keçirdiyi 36 oyunda 10 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Uilson beş il "Fulhem"in formasını geyinib. O, 2015-2021-ci illərdə "Liverpul"a məxsus olsa da, əsas komandanın heyətində rəsmi oyuna çıxmayıb. Bu müddətdə beş dəfə icarə əsasında digər klublarda çıxış edib.

Xatırladaq ki, həm "Lids", həm də "Fulhem" ötən mövsüm İngiltərə Premyer Liqasını turnir cədvəlinin orta pillələrində başa vuraraq yüksək liqadakı yerlərini qoruyublar. "Lids" mövsümü 47 xalla 14-cü, "Fulhem" isə 52 xalla 11-ci pillədə tamamlayıb.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər