- Transfer
- 23:59 08.07.2026
"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosun transferi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, tərəflər artıq mümkün keçidin şərtlərini müzakirə edirlər.
Məlumata görə, "Çelsi" 22 yaşlı futbolçunun ayrılmasına razıdır. Lakin London təmsilçisi braziliyalı yarımmüdafiəçini təxminən 59 milyon avroya dəyərləndirir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Andrey Santos 2023-cü ildə Braziliyanın "Vasko da Qama" klubundan "Çelsi"yə transfer olunub.
O, ötən mövsüm bütün turnirlərdə "Çelsi"nin heyətində 43 oyunda meydana çıxıb, üç qol vurub və bir neçə icarə dönəmindən sonra əsas heyətdə möhkəmlənməyi bacarıb.
Bildirilir ki, Moyses Kaysedonun "Çelsi" ilə müqaviləsini 2033-cü ilədək uzatması Andrey Santosun komandadan ayrılma ehtimalını artıran əsas amillərdən biridir.