- Transfer
- 23:59 08.07.2026
"Fənərbağça" "Marsel"in hücumçusu Meyson Qrinvudun transferi üçün rəsmi təklif göndərib.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli futbolçunun keçidi ilə bağlı Fransa klubuna rəsmi müraciət edib.
"Marsel" 23 yaşlı hücumçu üçün 50 milyon avro tələb edir. "Fənərbağça" isə 40 milyon avro ödəməyə və məbləği bonuslarla artıraraq qarşı tərəfin istəyinə yaxınlaşdırmağa hazırdır.
Bildirilir ki, Meyson Qrinvud da karyerasını İstanbul klubunda davam etdirməyə müsbət yanaşır.
Qeyd edək ki, Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. O, 2024-cü ildə daimi əsaslarla "Marsel"ə transfer olunub. Futbolçunun Fransa təmsilçisi ilə müqaviləsinin müddəti daha üç il qüvvədədir.