- Transfer
- 23:59 08.07.2026
Portuqaliya milli komandasının yeni baş məşqçisinin kimliyi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, yığmaya təcrübəli portuqaliyalı mütəxəssis Jorje Jezuş rəhbərlik edəcək. O, son üç ildə milli komandaya başçılıq etmiş Roberto Martinesi əvəzləyəcək.
Bildirilir ki, tərəflər arasında 2030-cu il dünya çempionatının başa çatmasına qədər qüvvədə olacaq müqavilə imzalanacaq.
71 yaşlı Jorje Jezuş məşqçilik karyerasına 1989-cu ildə başlayıb. O, müxtəlif illərdə "Benfika", "Sportinq", "Fənərbağça" və "Əl-Hilal" klublarında çalışıb. Təcrübəli mütəxəssis ötən mövsüm isə "Ən-Nəsr"i Səudiyyə Ərəbistanı çempionu edib.
Qeyd edək ki, Roberto Martinesin rəhbərliyi altında Portuqaliya millisi 2026-cı il dünya çempionatında qrup mərhələsini birinci pillədə başa vura bilməmişdi. Komanda 1/8 finalda İspaniyaya məğlub olaraq turnirlə vidalaşmışdı.