9 iyul 2026. Cümə axşamı

"İnter" kolumbiyalı müdafiəçi üçün hərəkətə keçdi


  • Transfer
  • 23:28 08.07.2026
  • Oxunma sayı: 30
"İnter" kolumbiyalı müdafiəçi üçün hərəkətə keçdi

"İnter" yay transfer dövründə müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, İtaliya təmsilçisi "Bolonya"nın kolumbiyalı mərkəz müdafiəçisi Con Lukumi ilə maraqlanır.

Məlumata görə, daha əvvəl "Yuventus", "Beşiktaş" və "Bornmut"un da maraq dairəsində olan 28 yaşlı futbolçunun transfer imkanları ilə bağlı "İnter" də məlumat toplayıb.

Françesko Açerbi və Stefan de Vreyin komandadan ayrılmasından sonra Milan təmsilçisi müdafiə xəttini təcrübəli mərkəz müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Con Lukuminin "Bolonya" ilə müqaviləsi 2026/27 mövsümünün sonunadək qüvvədədir. Klub isə futbolçunu müqaviləsində nəzərdə tutulan 28 milyon avroluq sərbəstqalma məbləğindən aşağı qiymətə satmaq niyyətində deyil.

Məlumata əsasən, "İnter" artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və mümkün transferin şərtlərini araşdırır.

Kolumbiyalı müdafiəçi 2022-ci ilin yayında 8 milyon avro qarşılığında "Genk"dən "Bolonya"ya keçib. O, İtaliya A Seriyasında keçirdiyi üç mövsüm ərzində 123 oyunda meydana çıxıb.

Qeyd olunur ki, 28 milyon avroluq məbləğ belə, "Çelsi"nin müdafiə xəttini gücləndirmək üçün namizədlərdən biri olan Trevo Çaloba görə "İnter"dən tələb etdiyi 35 milyon avrodan daha aşağıdır.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər