- Transfer
- 23:59 08.07.2026
"Real"ın müdafiəçisi Fran Qarsiya karyerasını "Betis"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Sevilya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyəri 4 milyon avro təşkil edib. Razılaşmaya əsasən, Madrid klubu futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizinə sahib olacaq.
Fran Qarsiya Madrid "Real"ının yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Betis"də sol cinah müdafiəçisi kimi çıxış edəcək futbolçu yeni komandası ilə 2026/27 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparmaq imkanı qazanacaq.
Qeyd edək ki, "Betis" 2025/26 mövsümündə İspaniya çempionatını beşinci pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə əldə edib.