9 iyul 2026. Cümə axşamı

"Yuventus" Bruno Fernandeşlə bağlı qərarını verdi


  • Transfer
  • 23:42 08.07.2026
  • Oxunma sayı: 45
"Yuventus" Bruno Fernandeşlə bağlı qərarını verdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş bu yay "Yuventus"a keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, Turin klubu nə futbolçu ilə, nə də "qırmızı şeytanlar"la danışıqlar aparır.

"Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçini komandanın əsas fiqurlarından biri hesab edir. Klub heyəti onun ətrafında qurmağı planlaşdırır və futbolçu ilə müqavilənin uzadılması məsələsini müzakirə edir.

Bruno Fernandeş 2020-ci ildə "Sportinq"dən "Mançester Yunayted"ə 65 milyon avro qarşılığında transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Portuqaliyalı futbolçu 2025/26 mövsümündə "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 9 qol vurub və 22 məhsuldar ötürmə verib.

Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər