23 avqust 2026. Bazar günü

Tçuameni "Real"dan ayrıla bilər


  • Transfer
  • 23:47 08.07.2026
  • Oxunma sayı: 157
Tçuameni "Real"dan ayrıla bilər

"Real"ın yarımmüdafiəçisi Orelyen Tçuameninin bu yay komandadan ayrılacağı iddia olunur.

90deqiqe.Az-ın “Indykaila News”a istinadən məlumatına görə, fransalı futbolçunun "Mançester Yunayted"ə keçə biləcəyi gözlənilir.

Məlumata görə, "Real"ın yeni baş məşqçisi Joze Mourinyo Tçuameninin mümkün gedişi ilə bağlı təcili iclas keçirib. Portuqaliyalı mütəxəssis hesab edir ki, yarımmüdafiəçinin itirilməsi Madrid klubu üçün ciddi zərbə ola bilər.

Bildirilib ki, Mourinyo rəhbərliyi inandırmaq üçün bütün imkanlarından istifadə etmək niyyətindədir. O, Tçuameninin komandanın gələcək planları üçün vacib futbolçu olduğunu düşünür.

Orelyen Tçuameni 2022-ci ildə 80 milyon avro qarşılığında "Monako"dan "Real"a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Fransalı yarımmüdafiəçi 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer