9 iyul 2026. Cümə axşamı

Conatan Devid "Yuventus"da qalmaq istəyir


  • Transfer
  • 23:50 08.07.2026
  • Oxunma sayı: 28
Conatan Devid "Yuventus"da qalmaq istəyir

"Yuventus"un hücumçusu Conatan Devid uğursuz debüt mövsümünə baxmayaraq, Turin klubunda karyerasını davam etdirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Məlumata görə, kanadalı futbolçu özünü daha yaxşı tərəfdən göstərmək üçün ikinci şans əldə edəcəyinə ümid edir.

Bu arada "Yuventus" əsas heyətdə çıxış edə biləcək yeni hücumçu axtarışlarını davam etdirir. Turin təmsilçisi PSJ-dən Randal Kolo-Muaninin transferi üzərində də iş aparır. Bundan əlavə, klub artıq "Cenoa"dan gənc hücumçu Ceff Ehatonu heyətinə qatıb.

Conatan Devidin yüksək maaşı da onun mümkün satışını çətinləşdirir. Futbolçunun illik qazancı təxminən 6 milyon avro təşkil edir.

Qeyd edək ki, kanadalı hücumçu 2025-ci ilin yayında azad agent kimi "Yuventus"a keçib. Devid geridə qalan mövsümdə İtaliya A Seriyasında 35 oyunda cəmi 6 qol vurub. O, peşəkar karyerasında ilk dəfə bir çempionat mövsümündə 10 qol həddinə çata bilməyib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər