- Transfer
- 23:59 08.07.2026
"Çelsi"nin futbolçusu Coş Açiampong karyerasını "Arsenal"da davam etdirmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Eduardo Haq məlumat yayıb.
Məlumata görə, "Çelsi" 20 yaşlı futbolçunu satmaq istəmir. Lakin Açiampong komandadan ayrılmaqda israrlıdır. Bildirilir ki, müdafiəçinin xidmətləri bir neçə kluba təklif olunub və onun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Açiampong ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb və iki qolla yadda qalıb.
İngiltərəli müdafiəçinin "Çelsi" ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununadək qüvvədədir. Onun transfer dəyəri isə 25 milyon avro olaraq qiymətləndirilir.