9 iyul 2026. Cümə axşamı

Vlahoviç "Yuventus"a qayıtmaq üçün danışıqlara hazırdır


  • Transfer
  • 23:57 08.07.2026
  • Oxunma sayı: 40
Vlahoviç "Yuventus"a qayıtmaq üçün danışıqlara hazırdır

Serbiyalı hücumçu Duşan Vlahoviç yenidən "Yuventus" rəhbərliyi ilə əlaqə saxlayıb və yeni müqavilə ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Məlumata görə, futbolçu iyunun 30-da Turin klubunu azad agent statusunda tərk edib. Tərəflər bir il ərzində müqavilənin uzadılması ilə bağlı danışıqlar aparsalar da, razılığa gələ bilməyiblər.

Bildirilir ki, Vlahoviç şəxsən "Yuventus" rəhbərliyi ilə əlaqə saxlayaraq mümkün qayıdış məsələsini müzakirə etmək üçün görüş təşkil olunmasını istəyib. Qeyd olunur ki, hücumçu daha əvvəl yeni müqavilənin imzalanmasına mane olan maliyyə şərtlərini qəbul etməyə hazırdır.

2025/26 mövsümündə serbiyalı futbolçu illik təxminən 12 milyon avro xalis maaş alıb. "Yuventus" isə onun məvacibini təxminən iki dəfə azaltmaq istəyir.

Hazırda Vlahoviç üçün karyerasını davam etdirmək baxımından konkret təklif yalnız Türkiyənin "Beşiktaş" klubundan gəlib. Lakin futbolçunun Türkiyəyə köçməyə maraqlı olmadığı bildirilir.

Duşan Vlahoviç hazırda fərdi məşqçi ilə fərdi proqram əsasında hazırlıq keçir və 2026/27 mövsümünün startına hazırlaşır. Hücumçu gələn həftə başlayacaq "Yuventus"un mövsümöncəsi hazırlıq prosesinə qoşulacağına ümid edir.

Qeyd edək ki, Vlahoviç klubdan ayrıldıqdan sonra Turin təmsilçisinin məşq bazasındakı şəxsi əşyalarını hələ də götürməyib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər