- Transfer
- 23:59 08.07.2026
"Kristal Pelas"ın yarımmüdafiəçisi Daiçi Kamada klubla müqaviləsini uzatmaq barədə razılığa gəlib.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər arasında bütün detallar razılaşdırılıb. Müqavilənin rəsmi şəkildə yaxın 24 saat ərzində rəsmiləşdirilməsi gözlənilir. Yeni anlaşma 2027-ci ilin iyununadək qüvvədə olacaq.
Yaponiyalı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatırdı. Kamada 2024-cü ilin iyulundan "Kristal Pelas"da çıxış edir. O, London klubuna "Latsio"dan ayrıldıqdan sonra azad agent kimi keçib.
29 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kamadanın çıxış etdiyi "Kristal Pelas" ötən mövsüm Konfrans Liqasının qalibi olub.