18 iyul 2026. Şənbə

"Şəfa" niderlandlı yarımmüdafiəçini heyətinə qatdı


  • Transfer
  • 15:57 09.07.2026
  • Oxunma sayı: 56
"Şəfa" niderlandlı yarımmüdafiəçini heyətinə qatdı

"Şəfa" yay transfer çalışmalarını növbəti keçidlə davam etdirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi niderlandlı yarımmüdafiəçi Dilan Mertensi yenidən heyətinə cəlb edib.

Klubun yaydığı məlumata görə, 30 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Dilan Mertens son olaraq Niderlandın "Telstar" klubunda çıxış edib. O, karyerası ərzində "TOP Oss" və "Volendam" komandalarının da formasını geyinib.

Təcrübəli yarımmüdafiəçi legioner həyatı ərzində Rusiyanın "Fakel" (Voronej), Bolqarıstanın "Botev" (Plovdiv) və "Sarsko Selo" klublarında da çıxış edib.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı