- Transfer
- 19:49 09.07.2026
İngiltərənin "Arsenal" klubu yay transfer dönəmində növbəti keçidini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi "Lids"dən ayrılan fransalı qapıçı İllan Melyeni heyətinə cəlb edib.
26 yaşlı futbolçu "topçular"a azad agent statusunda qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, İllan Melye 2020-ci ildən "Lids"in formasını geyinirdi. Fransalı qolkiper bu müddətdə 215 oyunda meydana çıxıb, qapısında 286 top görüb və 70 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.