- Transfer
- 19:49 09.07.2026
"Arsenal"ın müdafiəçisi Uilyam Saliba Avropanın aparıcı klublarının transfer hədəfinə çevrilib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün ən azı 150 milyon avro tələb edir.
Məlumata görə, fransalı futbolçu ilə İspaniyanın "Real Madrid" və "Barselona", eləcə də Fransanın PSJ klubu maraqlanır. Lakin "Barselona" bu məbləği ödəməkdə çətinlik çəkir. "Real Madrid" və PSJ-nin maliyyə imkanları daha geniş olsa da, "Arsenal" rəhbərliyi Salibanı heç bir kluba satmaq niyyətində deyil.
Ötən mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxan Saliba 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçunun "Arsenal"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.