- Transfer
- 23:20 09.07.2026
"Mançester Yunayted" yaxın vaxtlarda heyətini yeni qapıçı ilə gücləndirəcək.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi hazırda azad agent statusunda olan 35 yaşlı Karl Darlou ilə müqavilənin imzalanmasını başa çatdırmaq üzrədir.
Tərəflər bütün şərtlər üzrə razılığa gəliblər və müqavilə iyulun 10-da rəsmən imzalanacaq. Darlou "qırmızı şeytanlar"ın heyətində ehtiyat qapıçı funksiyasını yerinə yetirəcək.
Bildirilir ki, bu transferdən sonra türkiyəli qapıçı Altay Bayındırın yay transfer dönəmində "Mançester Yunayted"dən ayrılması gözlənilir.
Karl Darlou 2023-cü ildən "Lids"in formasını geyinirdi. Uels millisinin qapıçısı bu yay müqaviləsinin başa çatması səbəbindən klubdan ayrılıb.
35 yaşlı qolkiper ötən mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb və qapısında 29 top görüb.