- Transfer
- 22:42 09.07.2026
"Beşiktaş" heyətini Türkiyə millisinin yarımmüdafiəçisi Salih Özcanla gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalandığını rəsmən açıqlayıb.
Klubun yaydığı bəyanatda bildirilib ki, azad agent statusunda olan peşəkar futbolçu Salih Özcanla 3+1 illik müqavilə bağlanıb və ona "Beşiktaş" forması ilə uğurlar arzulanıb.
Qeyd edək ki, Salih Özcan son olaraq Almaniyanın "Borussiya Dortmund" klubunun şərəfini qoruyub.
Türkiyə millisinin üzvü olan yarımmüdafiəçi 2026-cı il dünya çempionatında da yığmanın heyətində çıxış edib.