- Transfer
- 22:42 09.07.2026
İtaliyanın "Milan" klubu müdafiəçisi Fikayo Tomori ilə yollarını ayırmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi müqaviləsinin müddəti gələn il başa çatacaq ingiltərəli futbolçunu azad agent kimi itirməmək üçün onu bu yay transferə çıxarmağı planlaşdırır.
Bildirilir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Fikayo Tomori 2021-ci ildə "Çelsi"dən 35 milyon avro qarşılığında "Milan"a transfer olunub. O, İtaliya klubunun heyətində ölkə çempionu adını qazanıb.
Məlumata görə, 27 yaşlı müdafiəçinin əsas namizədlərindən biri İngiltərənin "Koventri" klubudur. Frank Lempardın çalışdırdığı komandanın futbolçunun vəziyyətini yaxından izlədiyi və yaxın vaxtlarda rəsmi addımlar ata biləcəyi bildirilir.