- Transfer
- 23:20 09.07.2026
"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemini heyətinə qatmaq istəyir.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi 24 yaşlı futbolçu üçün Almaniya klubuna 20 milyon avro təklif etsə də, bu təklif qəbul edilməyib.
Məlumata görə, Dortmund klubu Adeyeminin transferindən daha yüksək gəlir əldə etmək niyyətindədir və bu səbəbdən təklifi geri çevirib.
Bununla belə, futbolçunun müqaviləsinin 2026/27 mövsümünün sonunda başa çatacaq olması "Borussiya"nın onu daha yüksək məbləğə satmasını çətinləşdirə bilər.
Kərim Adeyemi Dortmund təmsilçisinin heyətində indiyədək 146 rəsmi oyunda meydana çıxıb, 36 qol vurub və 25 məhsuldar ötürmə verib.
Qeyd edək ki, hücumçu Almaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə dəvət almayıb.