24 avqust 2026. Bazar ertəsi

Zlatko Daliç yenidən milliyə rəhbərlik edə bilər


  • Transfer
  • 22:42 09.07.2026
  • Oxunma sayı: 107
Zlatko Daliç yenidən milliyə rəhbərlik edə bilər

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç yaxın vaxtlarda yenidən milli komandalardan birinə rəhbərlik edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Lorenso Lepore məlumat yayıb.

Məlumata görə, 59 yaşlı mütəxəssisin namizədliyi Meksika və Kolumbiya milli komandalarında nəzərdən keçirilir. Hər iki yığma 2026-cı il dünya çempionatında 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Bildirilir ki, Daliçə Səudiyyə Ərəbistanı, Qətər, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən də maraq var.

Zlatko Daliç Xorvatiya millisinə doqquz il rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatında gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb.

Qeyd edək ki, Xorvatiya millisi 2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Portuqaliyaya məğlub olaraq turnirlə vidalaşıb.







Transfer