- Transfer
- 23:49 09.07.2026
İngiltərənin "Brentford" klubu heyətini təcrübəli hücumçu Kallum Uilsonla gücləndirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu komandaya azad agent kimi qoşulub. Tərəflər arasında 2027/28 mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.
Kallum Uilson bu yay müqaviləsinin başa çatması səbəbindən "Vest Hem"dən ayrılıb.
İngiltərəli hücumçu ötən mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Brentford" ötən mövsüm İngiltərə Premyer Liqasını doqquzuncu pillədə başa vurub.