- Transfer
- 23:49 09.07.2026
"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Andre Santosu heyətinə qatmağa yaxındır.
90deqiqe.Az -ın məlumatına görə, 22 yaşlı braziliyalı futbolçu artıq "qırmızı şeytanlar"da tibbi müayinədən keçib.
Bildirilib ki, Andre Santos iyulun 10-da 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Transferin dəyəri 58,5 milyon avro qiymətləndirilir.
Andre Santos 2025-ci ilin yayından "Çelsi"nin formasını geyinir. O, London klubunun heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 21-də başlayacaq. "Mançester Yunayted" ilk turda elitaya yeni yüksələn "Hall Siti" ilə qarşılaşacaq.