10 iyul 2026. Cümə

"Napoli" argentinalı vinger üçün hərəkətə keçdi


  • Transfer
  • 23:49 09.07.2026
  • Oxunma sayı: 29
"Napoli" argentinalı vinger üçün hərəkətə keçdi

"Napoli" "Boka Xuniors"un cinah oyunçusu Esekiel Sebalyosun transferi istiqamətində çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi argentinalı futbolçunu bir neçə aydır izləyir və iyulun əvvəlində onun transferə razılığını alıb.

Məlumata görə, "Napoli" "Boka Xuniors"a 10 milyon avro məbləğində rəsmi təklif göndərib. Klub eyni zamanda futbolçunun nümayəndələri ilə də razılıq əldə edib.

Esekiel Sebalyosun Argentina təmsilçisi ilə müqaviləsi 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir. Digər klubların da marağına baxmayaraq, 24 yaşlı futbolçu karyerasını məhz "Napoli"də davam etdirməyə üstünlük verir.

Bildirilir ki, transferin yekunlaşması üçün Neapol klubu əvvəlcə heyətindəki bəzi futbolçuları satmalıdır.

Qeyd edək ki, Sebalyos cari mövsümdə keçirdiyi 12 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

"Beşiktaş"dan növbəti transfer
  • Transfer
  • 22:17 09.07.2026
"Beşiktaş"dan növbəti transfer