17 dekabr 2025. Çərşənbə

Martineslə bağlı qərar verildi


  • Transfer
  • 14:21 11.10.2019
  • Oxunma sayı: 407
Martineslə bağlı qərar verildi

"İnter"in hücumçusu Lautaro Martinesin komandadakı taleyinə aydınlıq gəlib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu məsələylə bağlı 22 yaşlı futbolçunun meneceri Beto Yake açıqlama verib.

O, gənc hücumçunun "İnter"də qalacağını söyləyib: "Mənə elə gəlir ki, Antonio Kontenin gəlişi Martinesdə bir çox cəhətdən irəliləyiş əldə etdirdi, ən çox da fiziki hazırlıq və taktika səviyyəsində. "Barselona" və "Yuventus"a qarşı yaxşı oynayaraq özünə inamını artdı. O, "İnter"də çox xoşbəxtdi və tezliklə yeni müqavilə imzalayacaq. İndi başqa heç nə düşünmür. Bir neçə böyük klubun onu izləməsi gözəldi amma Martines klubuna sadiqdi".

Qeyd edək ki, Lautaro Martines Barselona və Mançester Yunayted'in maraq dairəsindədi.







Transfer