10 iyul 2026. Cümə

"Barselona"dan 22 milyon avroluq transfer


  • Transfer
  • 22:28 10.07.2026
  • Oxunma sayı: 51
"Barselona"dan 22 milyon avroluq transfer

Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi yaxın vaxtlarda "Barselona"nın futbolçusu olacaq.

90deqiqe.Az xəbər verir ki, klublar 22 milyon avro qarşılığında transferlə bağlı razılığa gəliblər. Müqaviləyə, həmçinin futbolçunun keçirdiyi oyunların sayı və komandanın qazandığı titullardan asılı olaraq ödəniləcək 7 milyon avro məbləğində bonus da daxildir.

Bildirilib ki, Kərim Adeyemi Kataloniya təmsilçisi ilə beşillik müqavilə imzalayacaq.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxaraq 10 qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.

Transfer bazarının ixtisaslaşmış portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 40 milyon avro qiymətləndirilir.







Transfer