- Transfer
- 23:14 10.07.2026
"Qarabağ" futbolçusu Kamilo Duranla yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, Ağdam klubu kolumbiyalı hücumçunun transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubundan gələn təklifi qəbul edib.
Klubun yaydığı məlumata görə, transfer qərarı verilərkən futbolçunun istəyi də nəzərə alınıb. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və klublar transferin bütün detallarında razılığa gəliblər.
Kamilo Duran 2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 15 qola imza atıb.
Kolumbiyalı hücumçu "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off mərhələsində də çıxış edib.