- Transfer
- 23:14 10.07.2026
"Şəfa" Futbol Klubu növbəti transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi fransalı yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.
27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Musa Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyənin "Samsunspor", Fransanın isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" komandalarının formasını geyinib.
Beləliklə, təcrübəli yarımmüdafiəçi yeni mövsümdə "Şəfa"nın uğurları üçün mübarizə aparacaq.