10 iyul 2026. Cümə

"Karvan-Yevlax"ın yeni baş məşqçisi açıqlandı


  • Transfer
  • 15:27 10.07.2026
  • Oxunma sayı: 36
"Karvan-Yevlax"ın yeni baş məşqçisi açıqlandı

2026/2027-ci illər mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq "Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Yevlax təmsilçisini yeni mövsümdə Ramiz Məmmədov çalışdıracaq.

Bu barədə klubun icraçı direktoru Elvin Əjdərli sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli mütəxəssis son olaraq "Mingəçevir" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Beləliklə, "Karvan-Yevlax" yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında hazırlaşacaq.







Transfer