- Transfer
- 23:58 10.07.2026
"Çelsi"nin sabiq yarımmüdafiəçisi Lesli Uqoçukvu karyerasını "Qalatasaray"da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, hazırda futbolçunun transfer hüquqları İngiltərə Premyer Liqasını tərk edən "Bernli"yə məxsusdur. İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçini müəyyən şərtlər daxilində məcburi satınalma öhdəliyi ilə icarəyə götürəcək.
Bildirilir ki, transferin ümumi dəyəri 30 milyon avro təşkil edə bilər.
"Renn"in yetirməsi olan Lesli Uqoçukvu ötən mövsüm "Bernli"nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb.
O, 2023-cü ildə Fransa klubundan "Çelsi"yə transfer olunub, 2025-ci ildə isə London təmsilçisi ilə yollarını birdəfəlik ayırıb.