17 dekabr 2025. Çərşənbə

Əvvəldən bilsəydim komandada qalmazdım - Əmrə Can


  • Transfer
  • 17:18 11.10.2019
  • Oxunma sayı: 443
Əvvəldən bilsəydim komandada qalmazdım - Əmrə Can

“Yuventus”un futbolçusu Əmrə Can Turin klubunda xoşbəxt olmadığını bildirib.

Corner.az-ın məlumatına görə, Almaniyalı futbolçu bu barədə Argentina ilə yoldaşlıq oyunundan (2:2) sonra ölkəsinin mətbuatına açıqlamasında danışıb.


Türkəsilli yarımmüdafiəçi bunları deyib: “Hazırda “Yuventus”da xoşbəxt olmadığım bir faktdır. Çünki yetərincə meydana çıxa bilmirəm. Ötən mövsüm isə xeyli oyunda meydanda olub, güclü klublara qarşı yaxşı çıxış etmişdim. Açığı, əvvəldən bilsəydim ki, Çempionlar Liqasında heyətə daxil edilməyəcəm, komandada qalmazdım. Ancaq inanıram ki, Turinə qayıtdıqdan sonra yenidən heyətdə yerimi qazancağam”.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən il “Liverpul”dan ayrılaraq “Qoca Sinyora”ya keçmişdi. O, bu mövsüm sadəcə 3 oyunda meydana çıxıb.(qol)







Transfer