- Transfer
- 23:58 10.07.2026
"Leyptsiq" mərkəz müdafiəçisi Maksim Estevin transferini başa çatdırmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, Almaniya klubu fransalı futbolçunun keçidi ilə bağlı "Bernli" ilə razılıq əldə edib. İngiltərə təmsilçisi bonus ödənişləri də daxil olmaqla bu transferdən 32 milyon avro gəlir əldə edəcək.
Maksim Estev 2024-cü ildən "Bernli"nin formasını geyinir. 24 yaşlı müdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyunda meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, Almaniya Bundesliqasında 2026/2027 mövsümünə avqustun 28-də start veriləcək.