- Transfer
- 23:58 10.07.2026
"Mançester Yunayted" "Atalanta"nın yarımmüdafiəçisi Edersonun transferindən imtina edib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubu dünya çempionatından əvvəl braziliyalı futbolçunun keçidi ilə bağlı "Atalanta" ilə razılıq əldə etmişdi. Transfer üçün təxminən 50 milyon avro ödənilməsi planlaşdırılırdı.
Braziliya millisinin dünya çempionatı ilə erkən vidalaşmasından sonra keçidin qısa müddətdə rəsmiləşəcəyi gözlənilsə də, transfer baş tutmayıb.
Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi futbolçunun səhhəti ilə bağlı narahatlıqlara görə bu keçiddən imtina edib.
Eyni zamanda, İngiltərə təmsilçisinin "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosun transferi üçün 50 milyon avro qarşılığında razılıq əldə etdiyi qeyd olunur.