11 iyul 2026. Şənbə

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi


  • Transfer
  • 18:54 11.07.2026
  • Oxunma sayı: 45
"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

"Real Madrid" rəhbərliyi ilə Vinisius Junior arasında yeni müqavilənin imzalanması üçün yekun görüş keçiriləcək.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, tərəflər braziliyalı hücumçunun müqaviləsinin uzadılması ilə bağlı son detalları razılaşdırmaq üçün görüş təyin ediblər.

Bundan əvvəl Vinisiusun Madrid klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. İddialara əsasən, buna səbəb hücumçu Kilian Mbappe ilə münasibətlərdə yaranan gərginlik idi.

Vinisius 2018-ci ildən "Real Madrid"in formasını geyinir. Braziliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hazırda onun "Real Madrid"lə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir.







Transfer