25 avqust 2026. Çərşənbə axşamı

"Atletiko" 45 milyon avroluq transferi rəsmiləşdirdi


  • Transfer
  • 18:57 11.07.2026
  • Oxunma sayı: 102
"Atletiko" 45 milyon avroluq transferi rəsmiləşdirdi

Madrid "Atletiko"su Danimarka millisinin və "Sportinq"in yarımmüdafiəçisi Morten Yulmannın transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, İspaniya klubu 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalayıb.

Transferin dəyəri 40 milyon avro təşkil edib. Bundan əlavə, bonuslar şəklində daha 5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bildirilib ki, Morten Yulmann tibbi müayinədən uğurla keçib.

Danimarkalı yarımmüdafiəçi 2023-cü ilin yayından "Sportinq"in formasını geyinirdi. O, ötən mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlərdə 45 oyunda meydana çıxaraq üç qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer