11 iyul 2026. Şənbə

"Kristal Pelas"ın futbolçusu "Fənərbağça"ya təklif edildi


  • Transfer
  • 19:05 11.07.2026
  • Oxunma sayı: 52
"Kristal Pelas"ın futbolçusu "Fənərbağça"ya təklif edildi

"Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın “A Spor”a istinadən məlumatına görə, fransalı hücumçunun xidmətləri "Fənərbağça"ya təklif olunub.

Bildirilir ki, İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir və bir neçə variantı dəyərləndirir. Klubun əsas hədəfləri isə Seru Girassi və Olli Uotkins hesab olunur.

Hazırda "Fənərbağça" Jan-Filip Matetanın transferi ilə bağlı rəsmi təklif göndərməyib.

29 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 32 oyunda meydana çıxaraq 12 qola imza atıb.







Transfer