11 iyul 2026. Şənbə

Aleks Ximenes karyerasını İtaliyada davam etdirəcək


  • Transfer
  • 21:37 11.07.2026
  • Oxunma sayı: 51
Aleks Ximenes karyerasını İtaliyada davam etdirəcək

"Bornmut"un müdafiəçisi Aleks Ximenes karyerasını "Fiorentina"da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, klublar transferlə bağlı bütün sənədləri imzalayıblar. Müqaviləyə əsasən, futbolçu icarə əsasında İtaliya klubuna keçəcək. İcarə haqqı və futbolçunun maaşı "Fiorentina" tərəfindən qarşılanacaq. Müqavilədə 20 milyon avro məbləğində satınalma hüququ da yer alıb. Ximenes tibbi müayinədən uğurla keçib.

Xatırladaq ki, bir neçə ay əvvəl Aleks Ximenes qalmaqallı hadisə ilə gündəmə gəlmiş, bu səbəbdən "Bornmut" onu heyətdən kənarlaşdırmışdı.

İngiltərə klubu ispaniyalı futbolçunu ötən il "Milan"dan 18 milyon avroya transfer etmişdi. Sağ cinah müdafiəçisi Madrid "Real"ının yetirməsidir.

Qeyd edək ki, "Fiorentina" bundan əvvəl də İngiltərə Premyer Liqasından bir müdafiəçi transfer edib. Klub "Tottenhem"in futbolçusunu da heyətinə qatıb.







Transfer