12 iyul 2026. Bazar günü

PSJ ulduz futbolçusunu 150 milyona satmağa hazırdır


  • Transfer
  • 22:05 11.07.2026
  • Oxunma sayı: 21
PSJ ulduz futbolçusunu 150 milyona satmağa hazırdır

PSJ yay transfer dövründə hücum xəttində dəyişikliklər etməyə hazırlaşır.

90deqiqe.Az-ın “L’Equipe”yə istinadən məlumatına görə, Fransa nəhəngi "Barselona"nın hücumçusu Ferran Torresi heyətinə qatmaq istəyir. Bununla yanaşı, komandanın digər forvardı Bredli Barkola klubdan ayrıla bilər.

Bildirilib ki, "Paris Sen-Jermen" 23 yaşlı futbolçu üçün 150 milyon avro tələb edir. Barkola ilə "Liverpul", "Arsenal" və "Bavariya" yaxından maraqlanır.

Bredli Barkolanın Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Fransalı hücumçu PSJ-nin heyətində keçirdiyi 152 oyunda 39 qol vurub, 37 məhsuldar ötürmə edib.







Transfer