12 iyul 2026. Bazar günü

"Çelsi" argentinalı futbolçusunu satmağa hazırdır


  • Transfer
  • 22:38 11.07.2026
  • Oxunma sayı: 40
"Çelsi" argentinalı futbolçusunu satmağa hazırdır

"Çelsi" argentinalı cinah hücumçusu Alexandro Qarnaçonu yay transfer pəncərəsində satmağa hazırdır.

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, futbolçu baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil. London təmsilçisi 22 yaşlı oyunçunun transferindən 42 milyon funt sterlinq (təxminən 49,3 milyon avro) gəlir əldə etməyi hədəfləyir.

Bildirilib ki, əgər Qarnaço İngiltərə Premyer Liqasının başqa bir klubuna keçərsə, "Çelsi" onun üçün daha yüksək – 45 milyon funt sterlinq (təxminən 52,8 milyon avro) tələb edəcək.

Xatırladaq ki, "Çelsi" ötən yay Alexandro Qarnaçonu "Mançester Yunayted"dən 46,2 milyon avroya transfer etmişdi.

Argentinalı futbolçu London klubunun heyətində keçirdiyi 43 oyunda səkkiz qol vurub, dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer